Tramp Suriya Prezidenti ilə möhtəşəm danışıqlar aparıldığını bildirib

Tramp Suriya Prezidenti ilə möhtəşəm danışıqlar aparıldığını bildirib
DÜNYA
22:44 27.01.2026
704
ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd Əl Şaraa ilə möhtəşəm danışıqlar apardığını bildirib.

Bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı – Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl bildirib.

"Mən Suriya Prezidenti ilə möhtəşəm söhbət apardım. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq", - Tramp qeyd edib.

Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bəyan etmişdi ki, Vaşinqton administrasiyası artıq "Suriya Demokratik Qüvvələri"nin (SDQ, PKK terror təşkilatının qolu – red.) İŞİD-lə mübarizədə əsas rol oynamalı olduğunu hesab etmir. Onun sözlərinə görə, ABŞ ölkədə hərbi mövcudluğunu uzun müddət davam etdirməyi nəzərdə tutmur.
 
/report
OXŞAR XƏBƏRLƏR