ABŞ Prezidenti Donald Tramp texnologiya şirkətlərinə çip və yarımkeçiricilər idxalına görə 100% vergi tarifi elan edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp bildirib ki, yalnız həmin avadanlıqlar ABŞ-də istehsal olunarsa, heç nə ödənilməyəcək.
Texnologiya nəhəngi "Apple"nin qarşıdakı dörd il ərzində ABŞ-yə 600 milyard dollar sərmayə qoyacağını açıqlayan Tramp "Bu, onların ilkin investisiya etməyi planlaşdırdığından 100 milyard dollar çoxdur. Bu, şirkətin ABŞ-də və ya başqa bir yerdə indiyə qədər etdiyi ən böyük investisiyadır" - deyə bildirib.
"Apple"nin daha əvvəl başqa ölkələrə sərmayə qoyduğunu xatırladan Tramp "Hansı ölkələri deməyəcəyəm, ancaq bir neçəsini. İndi də geri qayıdırlar. 600 milyard dollar. Bu, hələlik ən böyük investisiyadır" - deyə qeyd edib.
Ölkədə istehsal obyektləri quracağına söz verən, lakin vədlərinə əməl etməyən şirkətlərə vergi tətbiq ediləcəyini xatırladan Tramp "O zaman geri qayıdıb o vergini toplayacağıq. Biz bunu geriyə hesablayacağıq və siz ödəyəcəksiniz. Bu zəmanətdi. Məncə, bütün çip şirkətləri ölkəyə geri qayıdacaqlar. Bilirsiniz, biz Intel ilə başladıq, amma zaman keçdikcə Intel praktiki olaraq məhvə sürükləndi. Açığını deyim, onlar çox çətin vəziyyətə düşdülər və başqa yerə, xüsusən də Tayvana köçdülər" - deyə Tramp əlavə edib.
Mikayıl