Tramp Türkiyə hərbçilərinin Qəzzada sülhməramlı qüvvələrin tərkibində mümkün iştirakı barədə danışdı

Tramp Türkiyə hərbçilərinin Qəzzada sülhməramlı qüvvələrin tərkibində mümkün iştirakı barədə danışdı
DÜNYA
23:54 29.12.2025
117
"Türkiyə hərbçilərinin Qəzzada sülhməramlı kontingentin tərkibində olub-olmaması məsələsini İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə edəcəyəm".

AZXEBER.COM "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada Netanyahu ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Prezident Ərdoğanla çox yaxşı münasibətim var və bu mövzunu müzakirə edəcəyik. Netanyahu ilə də bu mövzunu danışacağıq. Amma Türkiyə möhtəşəm ölkədir və Ərdoğan mükəmməl liderdir. Türkiyə çox yaxşı müttəfiqimizdir" , - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR