Tramp üçüncü dəfə ABŞ prezidentliyə namizəd olmayacaq

Tramp üçüncü dəfə ABŞ prezidentliyə namizəd olmayacaq
DÜNYA
21:16 05.08.2025
191
ABŞ prezidenti Donald Tramp yəqin ki, üçüncü müddətə namizədliyini irəli sürməyəcək.

O, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

Jurnalistin prezidentliyə namizədliklə bağlı sualına Tramp "Xeyr. Yəqin ki, irəli sürməyəcəm" deyə cavab verib.

Buna baxmayaraq, Tramp üçüncü dəfə ABŞ prezidenti olmaq istədiyini də gizlətməyib. Onun sözlərinə görə, o, bir prezident kimi ölkə tarixində ən yaxşı reytinqlərə sahibdir.

/APA
OXŞAR XƏBƏRLƏR