ABŞ Prezidenti Donald Tramp mümkün olarsa, üçüncü müddətə prezidentliyə namizəd olmaq istədiyini bildirib.
Bu barədə "Associated Press” məlumat yayıb.
"Bunu böyük məmnuniyyətlə edərdim”, - Tramp Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Tərəfdarları isə ona dəstək üçün "Daha dörd il!” şüarları səsləndiriblər.
Qanunvericiliyə əsasən, Trampın prezident kimi ikinci müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. ABŞ Konstitusiyası prezidentin vəzifədə qalmasını iki müddətlə məhdudlaşdırır. Amma hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını gündəmə gətirib.
Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə ikinci dəfə qələbə qazanıb. O, Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib. O, ilk dəfə 2017-2021-ci illərdə ABŞ administrasiyasına rəhbərlik edib.
///teleqraf///











































