Tramp: "Ukrayna üzrə sülh planı yekun təklif deyil"

Tramp: "Ukrayna üzrə sülh planı yekun təklif deyil"
DÜNYA
22:39 22.11.2025
96
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukrayna böhranının həlli üçün irəli sürdüyü plan Kiyev üçün yekun təklif deyil.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Ağ Evin həyətində jurnalistlərə danışan Trampdan sülh planının Ukraynaya yekun təklif olub-olmadığı soruşulub.

"Xeyr. Biz sülhə nail olmaq istərdik. Bu, çoxdan baş verməli idi. Biz müharibəyə bu və ya digər şəkildə son qoymağa çalışırıq", - ABŞ lideri cavab verib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR