AZXEBER.COM Oxu.Aza istinadən xəbər verir ki, hər iki danışıqlar xətti ABŞ liderinin kürəkəni Cared Kuşnerin və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun məsuliyyət zonasındadır. Qeyd edilir ki, hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi qərarı onların təcrübəsi, bilikləri və ya lazımi əlaqələrə malik olmaları ilə diktə edilə bilər.
"Həmçinin bu addım danışıq iştirakçılarına işarə etmək məqsədi daşıyır ki, ABŞ zərurət yaranarsa, daha sərt metodlara əl atmağa hazırdır. Bundan əlavə, bu addım Tramp administrasiyasının xarici siyasət və diplomatiya sahəsində ənənəvi metodlardan imtina etdiyinə dəlalət edir", - deyə məlumatda vurğulanır.










































