ABŞ prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır. Bu isə xüsusilə də "MQ-9 Reaper” kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.
Məlumatda qeyd edilir ki, Tramp Səudiyyə Ərəbistanına 100-dən çox "Reaper” pilotsuz uçan aparatı satmaq istəyir. Krallığın bu dronları 2025-ci ilin yazında tələb etdiyi bildirilir.
Mənbələrin dediyinə görə, bu addım 142 milyard dollarlıq silah müqaviləsinin bir hissəsi ola bilər. ABŞ-ın Sakit okean və Avropadakı müttəfiqlərinin də bu cür silahlara maraq göstərdiyi bildirilir.
Tramp administrasiyasının məsələni müzakirəyə çıxarması, Vaşinqtona uzun müddətdir ki, Amerika pilotsuz uçan aparatlarına həvəs göstərən BƏƏ və Şərqi Avropa ölkələrinə pilotsuz təyyarələr satmağa imkan verəcək.
Yeni siyasət ağır pilotsuz təyyarələr istehsal edən "General Atomics”, Kratos (KTOS.O) və Anduril şirkətlərinə öz məhsullarını Dövlət Departamentində xarici hərbi satışlar kimi qeydiyyatdan keçirməyə imkan verəcək və ixrac prosedurlarını sadələşdirəcək.
/APA