Tramp və Netanyahu 3 saat İranı müzakirə edib

Tramp və Netanyahu 3 saat İranı müzakirə edib
DÜNYA
23:23 11.02.2026
779
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.

Bu barədə yəhudi dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.

İsrail mediasının məlumatına görə, görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.

"Channel 12" xəbər verir ki, hər iki tərəf razılaşmanın əldə olunma ehtimalına şübhə ilə yanaşır.

/report
OXŞAR XƏBƏRLƏR