Tramp və Putin bu həftə telefon danışığı planlaşdırır

Tramp və Putin bu həftə telefon danışığı planlaşdırır
DÜNYA
20:07 30.03.2025
335
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında qarşıdakı həftə telefon danışığı ola bilər.

Donald Tramp bunu "NBC News” telekanalına müsahibəsində bildirib.

ABŞ Prezidenti yaxın günlərdə rusiyalı həmkarı ilə telefon danışığı planlaşdırdığını söyləyib: "Bu həftə yenidən danışmağı planlaşdırırıq”.

Qeyd edək ki, martın 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Dövlət başçıları Ukrayna böhranının tənzimlənməsi, ABŞ-Rusiya münasibətlərinin normallaşması və Yaxın Şərqlə bağlı məsələləri müzakirə ediblər.
 
///APA
OXŞAR XƏBƏRLƏR