Tramp və Putin görüşü ilə bağlı sabah Aİ xarici işlər nazirlərinin iclası gözlənilir

Tramp və Putin görüşü ilə bağlı sabah Aİ xarici işlər nazirlərinin iclası gözlənilir
DÜNYA
20:12 10.08.2025
248
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüssel və Kiyevin maraqlarının nəzərə alınmasını tələb etmək üçün avqustun 11-də Ukrayna ilə bağlı Rusiya-ABŞ sammitini müzakirə etmək üçün Aİ-nin xarici işlər nazirlərinin iclasını çağırır.

"ABŞ və Rusiya arasında istənilən razılaşma Aİ və Ukraynanı əhatə etməlidir", - Kallas deyib. O, bununla əlaqədar olaraq bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirlərinin təcili iclasını çağırdığını söyləyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
 
/report
OXŞAR XƏBƏRLƏR