ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Böyük Britaniya kralı III Çarlz ilə görüşmək üçün Vindzor qəsrinə gediblər.
Bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Prezident cütlüyünü helikopterdə Şahzadə Uilyam və Şahzadə Ketrin, daha sonra isə kralın özü və xanımı, kraliça Kamilla qarşılayıblar.
Həmçinin qeyd olunur ki, Tramp və III Çarlz arasındakı danışıqlar, ABŞ liderinin Britaniyanın Baş naziri Kir Starmer ilə danışıqları üçün təməl qoyulacaq. Starmer ABŞ Prezidentindən Ukrayna böhranının həlli məsələsində Moskvaya təzyiqləri artırmağı istəyəcək.
report