Tramp yanğınlara görə Baydeni günahlandırdı

DÜNYA
15:41 09.01.2025
118
Donald Tramp Los-Ancelesdə baş verən meşə yanğınları səbəbindən Co Baydenin administrasiyasını günahlandırıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp "Truth” hesabından Los-Ancelesdəki yanğınların Bayden və Kaliforniya qubernatoru Gavin Nyusomun səriştəsizliyi və pis idarəçiliyi səbəbindən baş verdiyini iddia edib.

Los-Ancelesdəki yanğınsöndürmə məntəqələrində yetərincə su olmadığını və Federal Fövqəladə Hallar İdarəsi Agentliyinə (FEMA) pul ödənmədiyini iddia edən Tramp "Bütün bu problemləri Bayden mənim üçün qoyub gedir. Təşəkkür edirəm" - deyib. 

Qeyd edək ki, Tramp Kaliforniya qubernatoru Nyusomu istefaya çağırıb.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR