Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin yaxın günlərdə görüşməməsi təqdirdə neqativ hadisələrin baş verəcəyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə isə Tramp CBS News-a müsahibəsində tərəflərin görüşə hazır olmadığını qeyd edib.
Tramp görüşlə bağlı bunları deyib:
"Mən hər şeyi izləyirəm, görürəm və mən (Rusiya prezidenti Vladimir) Putin və (Ukrayna prezidenti Vladimir) Zelenski ilə bu (sülh sazişi) barədə danışıram. Nə isə olacaq, amma onlar hələ hazır deyillər. Biz bunu həyata keçirəcəyik".
Tramp bəyan edib ki, onun məqsədi Rusiya və Ukrayna liderləriini bir araya gətirmək və onun göstərişi ilə sülh razılaşması əldə etməkdir.
Nobel Sülh Mükafatına namizəd olmadığını bildirən Tramp diqqəti özünə cəlb etməyə çalışmadğını açıqlayıb:
"Bu barədə deyəcək heç bir sözüm yoxdur. Əlimdən gələn tək şey müharibələri bitirməkdir. Diqqəti cəlb etməyə çalışmıram. Sadəcə, insanların həyatını xilas etmək istəyirəm".
Mikayıl