Gələn ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasının yeganə namizədi olacaq ABŞ-ın sabiq prezidenti Donald Tramp gözlənilməz bir hadisəylə üzləşib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, səsvermə nəticəsində Kolorado ştatının Ali Məhkəməsi Trampın ştatda ilkin seçkilərdə iştirak edə bilməyəcəyinə qərar verib.
Bu qərarla Trampın adının Koloradoda seçki bülletenlərindən çıxarılacağı da qeyd edilib.
ABŞ Konstitusiyasının 14-cü maddəsinin 3-cü bəndində deyilir ki, Konstitusiyaya and içmiş hər hansı ştat və ya federal məmur "dövlətə qarşı üsyan və ya qiyamda iştirak etməyəcək, dövlətin düşmənlərinə yardım və ya rahatlıq göstərməyəcək”.
Trampın kampaniyası məhkəmə qərarını "qeyri-demokratik” adlandırıb.
Bayden məsələ ilə bağlı açıqlama verməyib.
Mikayıl