Trampa sui-qəsd edən şəxsin cəsədi yoxa çıxdı

DÜNYA
15:37 16.08.2024
169
Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruksun cəsədi "yoxa çıxıb".
 
AZXEBER.COM xarici mətnuata istinadən xəbər verir ki, bu haqda Konqresmen Clay Higgins-in hesabatında məlumat verilib.

Higgins avqustun 5-də Crooksun cəsədini görmək istədikdə cəsədi kremasiya üçün ailəsinə qaytarıldığını öyrənib.
 
Higgins bildirir ki, yerli hakimiyyət orqanları və tibbi ekspertizanın bundan xəbəri yoxdur və FTB bu qərarı verərkən, həkimin hələ də cəsəd üzərində qanuni səlahiyyəti olub.

Higginsin hesabatında FTB-nin nə üçün cəsədi heç bir nəzarət olmadan ailəyə qaytarması sual altındadır və bunun gələcək istintaq səylərinə mane ola biləcəyini ifadə edir.

Higgins FTB-nin bu hərəkətlərini "çox narahatedici" adlandırır və Amerika xalqının Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı tam həqiqəti bilməyə layiq olduğunu vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR