ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini hərtərəfli araşdırmaq üçün 13 nəfərlik qrup yaradılıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının sözçüsü Mayk Conson deyib.
O, açıqlamasında bunları deyib:
"Trampın həyatına qarşı atılan bu cür addımlar qəbul edilməzdir. Buna cavab olaraq konqresmen Hakeem Jeffries və mən məsələni hərtərəfli araşdırmaq üçün 7 Respublikaçı və 6 Demokratdan ibarət Nümayəndələr Palatasının İşçi Qrupunun yaradılmasını elan edirik. Əməliyyat qrupu çağırış səlahiyyətinə sahib olacaq və faktları tapmaq, hesabatlılığı təmin etmək və belə uğursuzluqların bir daha təkrarlanmamasını təmin etmək üçün tez hərəkət edəcək".
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donlad Tramp iyulun 13-də Pensilvaniyadakı görüşdə çıxış edərkən sui-qəsdə məruz qalıb.
Şübhəli öldürülüb, Tramp isə sağ qulağının yuxarı nahiyəsindən yaralanıb.
Mikayıl