Trampa verilən nişan və mükafat Bakıda hazırlanıb

Trampa verilən nişan və mükafat Bakıda hazırlanıb
SOSİAL
17:25 06.12.2025
133

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il üzrə ilk dəfə təsis olunan FİFA Sülh Mükafatına layiq görülüb. Mükafat Trampa FİFA prezidenti Canni İnfantino tərəfindən təqdim edilib və rəsmi videoçarxda digər münaqişələrlə yanaşı, Prezidentin Ermənistan–Azərbaycan istiqamətində sülh təşəbbüslərinə də xüsusi yer verilib. 
 
AZXEBER.COM xəbər verir ki, mükafatın həmmüəllifi Rəssamlıq Akademiyasının prorektoru, ittifaq sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov Modern.az-a bildirib ki, onlar bir neçə ay əvvəl müsabiqədə qalib gəliblər:
 
"Bildirdilər ki, FİFA Sülh Mükafatı təsis etmək istəyirlər. Onlara başqa ölkələrdən də müxtəlif eskizlər göndərildi. Xalq rəssamı Əli İbadullayevlə birlikdə Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşən "Düşüncələr və arzular” əsərimizin eskizini hazırlayıb onlara göndərdik.
Ondan sonra xəbər gəldi ki, münsiflər heyəti bizim işimizi seçib və onun əsasında döş nişanı ilə medal hazırlanacaq. Mükafat hər il sülhə töhfə verən, slühlə idmanı birləşdirən müxtəlif dövlət başçılarına, beynəlxalq nüfuzu olan şəxslərə veriləcək".


 S.Məmmədov onu da qeyd edib ki, mükafat və döş nişanı Bakıda hazırlanıb:
 
"Mükafat və döş nişanı Bakıda hazırlanıb. Medal isə mükafatın eskizləri əsasında  FİFA tərəfindən hazırlandı. Bu bizim mədəniyyətin, incəsənətin təntənəsidir. Cənab Prezidentimiz də sülhə hər zaman töhfə verib. Mükafat Trampa veriləndə cənab Prezidentin də görüntülərini orada gördük. Bu səbəbdən bizim də sülh mükafatının hazırlanmasında iştirakımız çox böyük şərəf oldu”. 
 
Qeyd edək ki, Trampa təqdim edilən tunc heykəl Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin BMT-nin Cenevrədəki Millətlər Sarayının qarşısında ucaldılmış, sülh rəmzi sayılan "Düşüncələr və arzular” abidəsinin miniatür variantıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama