Trampa zəhərli məktub göndərən qadın 22 il həbs edildi

Trampa zəhərli məktub göndərən qadın 22 il həbs edildi
DÜNYA
18:15 21.08.2023
201
Donald Trampa məktubda zəhər göndərən qadına 22 il həbs cəzası verilib.

AZXEBER.COM xarici mətbuata istindala xəbər verir ki, ABŞ prezidenti olduğu dövrdə Donald Trampa ölümcül zəhərlər arasında olan risin maddəsinin yer aldığı məktub göndərən kanadalı Paskal Ferrier 22 il həbs cəzasına məhkum edilib.

Bildirilib ki, Paskal Ferrier cəzasını çəkdikdən sonra ABŞ-dən deportasiya olunacaq.
 
O, ABŞ-a geri qayıdarsa, ömürlük həbs ediləcək. 

Qeyd edək ki, içərisində zəhərli maddə olan məktub 2020-ci ilin sentyabrında Ağ Evə göndərilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR