ABŞ-nin sabiq prezidenti Donald Tramp səhhəti ilə bağlı şübhə yaradan Co Baydenin seçki yarışından çəkiləcəyini iddia edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, canlı yayımdakı debatında Baydenin zəif performansını tənqid edən Tramp əla iş gördüyünü bildirib və rəqibi onu "bədbəxt” adlandırıb.
"O, yarışı tərk edəcək, bu da Kamalanın (ABŞ-nin vitse-prezidenti) qaldığı anlamına gəlir” deyib.
Tramp həmçinin Kamala Harrisin daha yaxşı namizəd olacağını desə də, sonra bunu inkar edib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Donald Trampla canlı yayımda etdiyi debatda kifayət qədər özünü göstərə bilməyib və proqramdan sonra tənqidlərə məruz qalıb.
Xatırladaq ki, bir müddət öncə Ağ Ev Baydenin prezidentlik yarışından geri çəkilməyəcəyini bəyan etmişdi.
Mikayıl