Trampdan demokratlara veto təhdidi

Trampdan demokratlara veto təhdidi
DÜNYA
21:18 23.10.2026
108
ABŞ Prezidenti Donald Tramp respublikaçıların aralıq seçkilərdə qələbəsinə ümid bəslədiyini və fərqli nəticə olduğu təqdirdə veto hüququndan istifadə etməyə hazır olduğunu bəyan edib.

Tramp bunu Ağ Evin qarşısında jurnalistlərə bildirib.

"Düşünürəm ki, respublikaçılar qalib gələcək. Amma əgər sizin dediyin kimi siyasi dalana dirənmə yaranarsa, mən hər şeyə veto qoyacağam. Sonra demokratlar gəlib danışıqlar aparmaq istəyəcəklər. Beləliklə, biz həll yolu tapacağıq", - Tramp deyib.

ABŞ lideri qeyd edib ki, bu cür vəziyyətlər nəticədə tərəfləri danışıqlara gətirib çıxarır.

"Tarixə baxsanız, belə bir vəziyyət yarananda veto qoyulur. Sonra onlar gəlib soruşurlar ki, bunu necə edək - və razılaşma bağlanılır", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçiriləcək. Amerikalı seçicilər Nümayəndələr Palatasının bütün 435 və Senatın 35 üzvünü müəyyən edəcəklər.
 
///report///
OXŞAR XƏBƏRLƏR