ABŞ-ın sabiq prezidenti Donald Tramp keçmiş vəkili Maykl Koenə qarşı 500 milyon dollarlıq iddia qaldırıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, iş materiallarında Koenin keçmiş müştərisinin sirlərini açıqlaması səbəbindən Trampın nüfuzunu itirdiyi iddia edilib.
Florida Rayon Məhkəməsinə təqdim edilən 32 səhifəlik iş materialında Koenin keçmiş müştərisi Trampın sirlərini açdığı, onun haqqında yalanlar yaydığı və peşə qaydalarını pozduğu iddia edilib.
Dosyedə Koenin var-dövlət əldə etmək üçün pis niyyətlə hərəkət etdiyi bildirilərək, məhkəmədə faktiki məbləğinin müəyyən ediləcəyi və 500 milyonu keçəcəyi gözlənilən, vurduğu zərərlər müqabilində təzminat istəniləcəyi qeyd edilib.
Sənəddə həmçinin iddia edilib ki, Koen əməliyyat xərclərinin dəyəri barədə yalan danışır və Tramp şirkəti ona layiq olduğundan 75 min dollar çox pul ödəməli olub.
Qeyd edək ki, Koen 2018-ci ilin dekabrında Trampın seçki kampaniyası ilə bağlı aparılan istintaqda "yalan danışmaq” və "vergidən yayınma” ittihamı ilə saxlanılıb.
Mikayıl