Trampdan İsrail və HƏMAS-a xəbərdarlıq - "Müharibəni bitirməsəniz..."

Trampdan İsrail və HƏMAS-a xəbərdarlıq - "Müharibəni bitirməsəniz..."
DÜNYA
11:35 23.07.2025
232
ABŞ Prezidenti Donald Tramp Qəzzada münaqişənin bitməyəcəyi təqdirdə İsrail və HƏMAS-a verdiyi vədləri geri götürəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin "Kanal 12" telekanalı açıqlayıb.
 
Belə ki, Tramp İsrail və HƏMAS-dan tezliklə müharibəni bitirmələrini tələb edib.
 
Ağ Evin Yaxın Şərq üzrə elçisi Steve Witkoff atəşkəs və girov razılaşması ilə bağlı diplomatik təmasları intensivləşdirib.

Stiv Vitkoffun cümə axşamı Romada İsrailin strateji işlər naziri Ron Dermer və Qətərin yüksək səviyyəli nümayəndəsi ilə üçtərəfli görüşü planlaşdırılıb.
 
Romadakı bu görüş Dohada Həmas və İsrail nümayəndə heyətləri arasında dolayı danışıqlarla eyni vaxtda keçiriləcək. 

Oxşar üçtərəfli görüş iki həftə əvvəl Vaşinqtonda keçirilib və bu görüş zamanı İsrailin Qəzza zolağının çıxarılmasının əhatə dairəsi ilə bağlı dəqiq mövqe tutduğu açıqlanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR