Trampdan İsrailin Qətəri bombalamasına reaksiya: "Qərarı Netanyahu verib"

Trampdan İsrailin Qətəri bombalamasına reaksiya: "Qərarı Netanyahu verib"
DÜNYA
14:09 10.09.2025
196
ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərə dünənki hücumu ilə bağlı açıqlamalar verib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp bu barədə "Truth" hesabında paylaşım edib.
 
O bildirib ki, hücum qərarını Netanyahu verib:
 
"Qərar tamamilə Netanyahuya aiddir”.
 
Tramp İsrailin Qətərə hücumunu da pisləyib:
 
"Suveren xalq və ABŞ-nin yaxın müttəfiqi olan Qətəri bombalamaq nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət etməyəcək”.
  
Qeyd edək ki, Tramp dövlət katibi Marko Rubioya Qətərlə Müdafiə Əməkdaşlığı Sazişini yekunlaşdırmaq barədə göstəriş verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR