Trampdan qeyri-adi addım: Türk vətəndaşı işarələyərək ona səs verməsini istədi

DÜNYA
12:01 03.10.2024
198
ABŞ-nin sabiq prezidenti və yenidən prezidentliyə namizəd Donald Tramp X hesabında səhvən bir türk vətəndaşı işarələyərək mesaj paylaşıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp mesajında ​​"Yazımı bəyəndiyiniz üçün təşəkkür edirəm! Şimali Karolina üçün vacib seçki yeniləmələrini sizə göndərəcəyəm. Noyabrın 5-dək Donald J. Trampa səs verməyə hazır olduğunuzdan əmin olun" sözlərini yazıb.

Trampın işarələdiyi "Amhar” adlı hesabın istifadəçisi mesajaniyə onu işarələdiyini soruşub.
 
Tvitə Türkiyədən yüzlərlə şərh gəlib.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR