AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, zərbələr İranın Hörmüz boğazına dəniz minaları yerləşdirmək cəhdi, həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atması ilə əlaqədardır.
Tramp xəbərdarlıq edib ki, İran ABŞ-nin "tamamilə əsaslandırılmış" hücumuna cavab verərsə, daha güclü zərbələrlə üzləşəcək.
"Bu, bütün hücumların ən böyüyü olmayacaq. Ən böyük hücum hələ qarşıdadır. O başa çatdıqda İran İslam Respublikasından çox az şey qalacaq", - Tramp bildirib.











































