İnsan alveri və cinsi istismarda ittiham olunan məşhur musiqiçi və prodüser Diddinin komandası ABŞ Prezidenti Donald Trampın Administrasiyası ilə əlaqə saxlayaraq musiqiçinin mümkün əfvi məsələsini müzakirə edib.
AZXEBER.COM xarici mətuata istinadən xəbər verir ki, bu barədə musiqiçinin vəkili Nikol Uestmorlend CNN televiziya kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Kombs əfv olunacağına ümidini itirmir.
Qeyd edək ki, bir neçə gün öncə Trampın Şon Kombsun əfv edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyi xəbəri yayılmışdı.
Aysel