Trampın bankları aldatdığı məlum oldu

Trampın bankları aldatdığı məlum oldu
DÜNYA
09:27 27.09.2023
218
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun təşkilatının aktivlərinin xalis dəyərini şişirtməklə bankları aldatdığı məlum olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qərar Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı aktivlərini həddən artıq göstərdiyi iddiası ilə qaldırdığı iş üzrə verilib.
 
Nyu York Ştat Məhkəməsinin hakimi Artur Enqoron belə nəticəyə gəlib ki, Tramp öz aktivləri haqqında həddindən artıq hesabat verməklə və şirkətinin xalis dəyərini çox göstərərək bankları, sığorta şirkətlərini və digər biznes həmkarlarını aldadıb.

2022-ci ilin sentyabrında Nyu York Baş prokuroru Letitia Ceyms tərəfindən açılan iddiada Tramp, övladları və "Trump Organization" şirkəti bank kreditləri və sığorta əməliyyatları ilə bağlı daha yaxşı kommersiya şərtləri əldə etmək üçün 10 il ərzində artıq aktivlərini bəyan etməkdə və dezinformasiya verməkdə günahlandırılıb.
 
İttihamnamədə Trampın Floridadakı Mar-a-Laqo mülkü, Manhettendəki "Trump Tower"dəki penthaus və həddən artıq qiymətləndirilmiş aktivlər arasında müxtəlif ofis binaları və qolf meydançaları var.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR