Trampın bu sözlərinə görə partiyasında çaşqınlıq yarandı

Trampın bu sözlərinə görə partiyasında çaşqınlıq yarandı
DÜNYA
13:30 12.02.2024
120
ABŞ-nin sabiq prezidenti Donald Trampın NATO-ya ödəmələrini gecikdirən ölkələri Rusiyaya qarşı müdafiə etməyəcəyi ilə bağlı açıqlamasına respublikaçılar da reaksiya verib.
    
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Cənubi Karolinada keçirilən mitinqdəki çıxışında Tramp bəzi NATO üzvlərinin ödənişlərinin gecikdirilməsindən şikayətlənərək daha əvvəl "böyük dövlət”in başçısı ilə Rusiyanın bu ölkələrə hücumu ilə bağlı apardığı söhbəti təsvir edib.
 
Trampın sözləri Ağ Ev tərəfindən "dəhşətli və çılğın” kimi qiymətləndirilsə də, bəzi yüksək səviyyəli respublikaçılar və Qərb rəsmiləri də bu sözlərə reaksiya veriblər. ABŞ prezidenti Co Bayden də Trampın açıqlamalarını tənqid edib.

Trampın 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürən Respublikaçılar partiyasından yeganə rəqibi, Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Haley də etmək istədikləri son şeyin Rusiyanın tərəfində olmağını deyib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR