Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb

Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb
DÜNYA
21:33 23.01.2025
223
ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.

Bu barədə AZXEBER.COM "İnterfaks”a istinadən xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun "ICE Futures” birjasında "Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.

Trampın çıxışına qədər neft bahalaşırdı.

Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR