Trampın iqamətgahına daxil olmaq istəyən şəxs zərərsizləşdirildi

Trampın iqamətgahına daxil olmaq istəyən şəxs zərərsizləşdirildi
DÜNYA
18:47 22.02.2026
931
ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik xidməti prezidentin Floridadakı şəxsi mülkü olan Mar-a-Laqo iqamətgahına daxil olmağa çalışan silahlı şəxsi zərərsizləşdirib.

"Fox News" bu barədə ABŞ Məxfi Xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 20 yaşlarında kişi mülkə "icazəsiz daxil olub". Əvvəlcə o, şimal darvazasının yaxınlığında görülüb.

Məlumata görə, şübhəli şəxsin üzərində ov tüfəngi və yanacaq dolu qab olub. Məxfi Xidmət əməkdaşları ona atəş açıblar, kişi yerindəcə ölüb.

Qeyd olunur ki, D.Tramp həmin vaxt iqamətgahda olmayıb.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR