Trampın "kağız pələng" bənzətməsinə Putindən cavab

Trampın "kağız pələng" bənzətməsinə Putindən cavab
DÜNYA
03:48 03.10.2025
128
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiyanı "Kağız pələng" adlandırmasına münasibət bildirib.

Valday Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin Rusiyanın Ukrayna ordusu ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşdüyünü söyləyib.

"Kağız pələng? Onda gedin bacarın da onunla (Rusiya ilə-red). Bütün bu illər ərzində Rusiya Ukrayna Silahlı Qüvvələri ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşür. Bu, əlbəttə ki, Rusiya Federasiyası üçün böyük çağırışdır, lakin onun ordusu, müdafiə sənayesi və hərbi təfəkkürü bu çağırışa tez uyğunlaşıb", Rusiya prezidenti vurğulayıb.

Putin Rusiya ordusunu təlim, texniki imkanlar və döyüş taktikası baxımından ən döyüşə hazır ordu adlandırıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR