FTB ABŞ-nin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun evinə silahlı basqın edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, keçmiş müşavirin Merilend ştatının Bethesda şəhərindəki evinə hücum edilib.
Bu barədə FTB-nin "X" hesabında paylaşım edilərək "Heç kim heç kimdən üstün deyil" - yazılıb.
İstintaq Boltonu 2020-ci ildə yazdığı "The Room Where It Happened" adlı memuarına məxfi məlumatları daxil etdiyi şübhəsi ilə saxlayıb.
Tramp administrasiyası kitabın nəşrini əngəlləməyə cəhd etsə də, buna nail ola bilməyib. Bolton məxfilik müqaviləsini pozmaqda ittiham olunub.
Trampla yollarını ayırdıqdan sonra Bolton televiziyalarda tez-tez onu və siyasətini tənqid edib.
Mikayıl