Trampın partiyasındakı son rəqibi: "Donalda səs verəcəyəm"

Trampın partiyasındakı son rəqibi: "Donalda səs verəcəyəm"
DÜNYA
12:05 23.05.2024
125
Mart ayında ABŞ prezidentliyi yarışında Respublikaçılar Partiyasının namizədliyindən geri çəkilən Nikki Heyli noyabrın 5-dəki prezident seçkilərində Donald Trampa səs verəcəyini açıqlayıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, seçki qabağı açıqlama verən Heyli vurğulayıb ki, onun bəzi fikirləri ilə razılaşmasa da, noyabrda keçiriləcək prezident seçkilərində demokrat Co Baydeni dəstəkləməsi mümkün deyil.

"Tramp siyasətində mükəmməl deyil, bunu dəfələrlə demişəm. Amma Bayden bir fəlakətdir. Ona görə də Trampa səs verəcəyəm", - deyə Heyli bildirib.

Respublikaçılar Partiyasında Trampa qarşı ən uzun rəqibi olan Heyli mart ayında keçirilən praymerizdə istədiyi nəticələri almadığına görə namizədlikdən çəkildiyini açıqlayıb.

Qeyd edək ki, Bayden və Trampın 5 noyabrda keçiriləcək 60-cı prezident seçkilərində yenidən üz-üzə gələcəkləri gözlənilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR