Trampın Qəzza planının təfərrüatları açıqlandı: ABŞ hansı məsələni öz öhdəsinə götürür?

Trampın Qəzza planının təfərrüatları açıqlandı: ABŞ hansı məsələni öz öhdəsinə götürür?
DÜNYA
11:51 27.09.2025
167
ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında barışıq əldə edilməsi planı Vaşinqtonun İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinin qarşısını almaq üçün zəmanət verməsini nəzərdə tutur.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı sənədə istinadən məlumat verib.

Məlumata görə, plana əsasən, ABŞ İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinin qarşısını almağı öz öhdəsinə götürəcək. Trampın təşəbbüsü Qəzza zolağında dərhal atəşkəs əldə edilməsini, bütün israilli girovların azad edilməsini və ömürlük həbs cəzasına məhkum edilən 100-200 nəfər də daxil olmaqla, minlərlə fələstinli məhbusun azadlığa buraxılmasını əks etdirir.

Planın həyata keçirilməsi üçün şərt Fələstinin HƏMAS hərəkatının anklavda hakimiyyətinə son verilməsidir. ABŞ liderinin təklifinə əsasən, Qəzzanı idarə etmək üçün Fələstin Milli Administrasiyasının formalaşdıracağı komitə yaradılmalıdır.

"Al Hadath"ın məlumatına görə, Trampın planı İsrail qüvvələrinin qrafikə uyğun olaraq Qəzza zolağından tədricən çıxarılmasını, eləcə də anklav ətrafında 500-1000 metr enində təhlükəsizlik dəhlizinin yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, sentyabrın 23-də Donald Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya, Qətər, Türkiyə və İndoneziya nümayəndələri ilə görüşüb və Qəzza zolağında münaqişənin nizamlanması perspektivlərini müzakirə edib. ABŞ prezidenti yeni nizamlanma planını açıqlayıb ki, bu, münaqişə bitdikdən sonra ərəb və islam ölkələri hərbi qulluqçulardan ibarət beynəlxalq kontingentin anklavda yerləşdirilməsini nəzərdə tutur. Plana HƏMAS-ın əlində olan bütün girovların eyni vaxtda azad edilməsi ilə bağlı bənd də daxildir.

Qəzetin mənbələrinin məlumatına görə, görüş iştirakçıları ABŞ-nin təkliflərini müsbət qarşılayıblar, lakin Fələstin Milli Administrasiyasının Qəzzanın müharibədən sonrakı idarəçiliyi ilə bağlı proseslərə daha çox cəlb olunmasının vacibliyini vurğulayıblar.
 
\Oxu.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-da “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” keçirilib - FOTOLAR
13:46 27.09.2025
ADNSU-da “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” keçirilib - FOTOLAR
Naftalanda 27 Sentyabr – Anım Günü tədbiri keçirilib - FOTOLAR
13:42 27.09.2025
Naftalanda 27 Sentyabr – Anım Günü tədbiri keçirilib - FOTOLAR
Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər
13:37 27.09.2025
Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər
Nazirdən məktəblərdə pul yığılması hallarına MÜNASİBƏT
13:20 27.09.2025
Nazirdən məktəblərdə pul yığılması hallarına MÜNASİBƏT
İlham Əliyev “BakuBus”ın Gəncə Avtoparkının açılışında - Fotolar
13:14 27.09.2025
İlham Əliyev “BakuBus”ın Gəncə Avtoparkının açılışında - Fotolar
Astaranın Ərçivan qəsəbəsində bəzi əraziləri su basıb
12:54 27.09.2025
Astaranın Ərçivan qəsəbəsində bəzi əraziləri su basıb
Sabahın hava proqnozu açıqlanıb
12:42 27.09.2025
Sabahın hava proqnozu açıqlanıb
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
12:28 27.09.2025
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
Avtomobil çaya aşdı - Yaralılar var
12:23 27.09.2025
Avtomobil çaya aşdı - Yaralılar var
İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - VİDEO
12:19 27.09.2025
İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - VİDEO
Yağışlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb
12:16 27.09.2025
Yağışlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb
Fələstinin maliyyə dayanıqlığı üzrə koalisiya yaradılıb
12:06 27.09.2025
Fələstinin maliyyə dayanıqlığı üzrə koalisiya yaradılıb
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
12:04 27.09.2025
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
12:03 27.09.2025
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Ukraynada Sambo Federasiyasının prezidenti güllələnərək qətlə yetirilib
11:59 27.09.2025