Trampın qızı və kürəkəni haqda qalmaqallı İDDİA

Trampın qızı və kürəkəni haqda qalmaqallı İDDİA
DÜNYA
12:42 29.09.2022
420
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evdə işlədiyi müddətdə baş məsləhətçiləri olmuş qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri işdən çıxarmağı düşünməsi ilə bağlı iddia yayılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Maggie Haberman tərəfindən yazılmış "The Man of Confidence: The Birth of Donald Trump and America's Fall” adlı kitabda Trampın Ağ Evdəki səlahiyyət müddəti ilə bağlı qeydlər yer alıb.

Belə ki, gələn həftə işıq üzü görəcək kitabın nüsxəsində Trampın Ağ Evdə o vaxtkı Aparat rəhbəri Con Kelli və Ağ Evin hüquq müşaviri Don Makqan ilə keçirdiyi görüş zamanı öz "Twitter” hesabında qızı İvanka və kürəkəni Kuşnerin Ağ Evdən ayrılacağını bildirib.

Qeyd olunub ki, Kelli həmin an Trampı bloklayıb və belə bir paylaşımdan əvvəl qızı və kürəkəni ilə danışmaq üçün icazə istəyib. Həmin gündən sonra Trampın bir daha bu mövzudan danışmadığı bildirilib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR