ABŞ-nin keçmiş prezidenti Donald Trampın məhkəməsi Nyu-Yorkda açılış bəyanatları ilə davam edib.
AZXEBER.COM xəbər verir ki, Trampın vəkili deyib ki, seçkilərə təsir etmək cəhdində səhv bir şey yoxdur.
Prokuror Metyu Koanjelo Trampın şəxsi həyatı ilə bağlı zərərli hekayələrin ictimaiyyətə yayılmasının qarşısını almaqla 2016-cı il prezident seçkilərinə qeyri-qanuni təsir göstərməyə çalışdığını iddia edib.
"Bu, 2016-cı il seçkilərinə təsir etmək, onun davranışı haqqında pis fikirlər söyləyən insanları susdurmaq üçün qeyri-qanuni xərclər hesabına Donald Trampın seçilməsinə kömək etmək üçün təşkil edilmiş, uzunmüddətli sui-qəsd idi. Bu, saf və sadə seçki saxtakarlığı idi", - prokuror bildirib.
Trampın vəkili Todd Blanş da müvəkkilinə qarşı açılan işi əsassız adlandırıb və Trampın heç bir cinayət törətmədiyini müdafiə edib.
O, Manhetten bölgə prokurorluğunun heç vaxt bu işi açmamalı olduğunu söyləyib və deyib:
"Seçkilərə təsir göstərməyə çalışmağın heç bir eybi yoxdur. Bu, cinayət deyil, demokratiyadır".
Ayşən