ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket hücumuna reaksiya verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Kelloq bu barədə "X" hesabında yazıb.
"Gecə saatlarında qadın və uşaqların öz evlərində qətlə yetirilməsi 1977-ci il Cenevrə Sülh Protokollarının açıq şəkildə pozulmasıdır. Bu hücumlar utancvericidir. Qətliamı dayandırın. Dərhal atəşkəs elan olunmalıdır", - Kelloq qeyd edib.