Tramp Zelenskinin məktubunu həqiqətən müsbət ilk addım hesab edib.
Bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Ağ Evdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, Zelenski minerallarla bağlı müqavilə imzalamağı təklif edib:
"Tramp Zelenskinin məktubunu həqiqətən yaxşı, müsbət ilk addım hesab edib. Zelenski minerallarla bağlı müqavilə imzalamağı təklif edib. Biz onun buna əməl edib-etməyəcəyini görəcəyik”.