Trampla Putin arasında telefon danışığı oldu

SİYASƏT
10:20 09.02.2025
216
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

Bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

"Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.

"Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.

Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.
 
///report

OXŞAR XƏBƏRLƏR