Azərbaycanlı iş adamı, "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov haqqında yayılan xəbərlərə aydınlıq gətirilib.
"Palmali” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu AZXBER.COM-a açıqlamasında Mübariz Mənsimovla ABŞ prezidenti Trampın şəkilinin fotoshop olduğunu təsdiqləyib:
""Palmali” şirkətlər qrupunun prezidenti ABŞ prezidentinin inaqurasiya
mərasimində həqiqətən iştirak edib və orada müxtəlif şəxlərlə görüşüb. Mübariz
Mənsimovun şəkilləri mətbuata ötürülən zaman şəkillər arasında bəzi şəxslərin sevgidən doğan hisslərdən hazırladiği iki öncədən
hazırlanmış fotoshop olan şəkillər də göndərilib. Baş verən anlaşmazlıq texniki səhvin nəticəsində
yaranıb. Ümid edirik ki, hər kəs bunu bu formada qəbul edər. Rəsmi şəkilləri sizin
vasitənizlə ictimaiyyətə təqdim edirik”.
Qeyd edək ki, bu gün mətbuatda Mübariz Mənsimovla Trampın şəkili yayımlanıb. Sözügedən fotolar müzakirələrə səbəb olub və onun fotoshop olduğu ortaya çıxıb.