Trampla Zelenski arasında gərgin anlar - VİDEO

Trampla Zelenski arasında gərgin anlar - VİDEO
DÜNYA
22:01 28.02.2025
300
Ukrayna Prezident Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, dava Zelenskinin vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhinə verdiyi cavabından sonra başlayıb. 

Zelenski eyham edərək "Allah qorusun, sizə müharibə olmasın” deyib.

Söhbətə müdaxilə edən Tramp Zelenskiyə bu cavabı verib:

"Sən bunu bilmirsən, bizə nə hiss etdiyimizi demə”.

İki tərəf arasında artan mübahisədən sonra Tramp deyib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil:
"Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”.

"Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.

Tramp isə ona Ukraynaya hörmətsizlik etdiyini və onunla oynamaq iqtidarında olmadığını deyib.
 
OXŞAR XƏBƏRLƏR