Trampla Zelenski arasında telefon danışığı baş tutub

Trampla Zelenski arasında telefon danışığı baş tutub
DÜNYA
23:42 25.02.2026
200
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat yayıb.

Müzakirə olunan məsələlər açıqlanmayıb.

Xatırladaq ki, fevralın 24-də Tramp öz administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin dayandırılması istiqamətində "fəal işlədiyini" bildirib və müharibənin onun prezidentliyi dövründə baş verməyəcəyini bir daha vurğulayıb.

Qeyd edək ki, 2026-cı ildə Tramp və Zelenski artıq təmasda olublar. Yanvarın 21-də onlar Davosda keçirilən Dünya İqtisadi Forumunda görüşüblər.
OXŞAR XƏBƏRLƏR