Baş nazirdən orqan transplantasiyası ilə bağlı QƏRARLAR

Baş nazirdən orqan transplantasiyası ilə bağlı QƏRARLAR
SOSİAL
18:07 06.09.2022
230
"Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası” təsdiqlənib.

AZXEBER.COM-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə alınması üçün müraciət edilməsi, müraciətlərə baxılma qaydasını, idxala və ixraca dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini tənzimləyir, donor orqanların idxalına və ixracına xüsusi icazə verilməsi barədə qərar formalarını müəyyən edir.

Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün siyahısı Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə müəyyən edilmiş tibb müəssisələri həmin donor orqanlar gömrük ərazisinə gətirilməzdən və ya bu ərazidən aparılmazdan əvvəl bu Qərarın 1 və 2 nömrəli əlavələrində göstərilmiş formada ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsə müraciət edirlər. Donor orqanların transplantasiya məqsədilə idxalına icazə alınması üçün ərizəyə müvafiq sənədlər əlavə edilir.

Ərizənin qeydiyyata alındığı gündən 7 iş günü müddətində Koordinasiya Mərkəzi tərəfindən sənədlərə baxılır və bu Qərarın 3 və 4 nömrəli əlavələrində göstərilmiş formada transplantasiya məqsədilə donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.

Donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə qərar qəbul edildiyi tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Koordinasiya Mərkəzi tərəfindən transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə qərar "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda "Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsisteminə daxil edilir və dərhal bu barədə məlumat elektron qaydada gömrük orqanına ötürülür.

Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

transplantasiya məqsədilə xarici ölkənin tibb müəssisəsi

və ya xarici ölkənin aidiyyəti qurumu ilə bağlanılmış donor orqanların idxal-ixracına dair müqavilənin surəti;

transplantasiya məqsədilə donor orqanların idxalına icazə alınması üçün ərizə ilə müraciət etmiş tibb müəssisəsinin həkim komissiyasının Qanunun 14.2-ci maddəsinə uyğun olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasına dair qəbul etdiyi qərarının surəti, yaxud xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasının müəyyən edilməsi üçün xarici ölkənin tibb müəssisəsinin həmin xarici ölkənin qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi müvafiq sənədin surəti;

donor və ya resipiyent barədə müvafiq xarici ölkənin identik (ekvivalent) informasiya bazasından "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda nəzərdə tutulan məlumatları özündə əks etdirən çıxarış və ya həmin məlumatları özündə əks etdirən tibbi sənəd.

Ərizəçidən Qanunda və bu Qaydada nəzərdə tutulan sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağandır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"