"Trendyol"dan istifadə edənlərə XƏBƏRDARLIQ - Nə baş verir?

SOSİAL
21:14 18.09.2024
1446
"Azərbaycanda təşkil olunan tədbir səbəbi ilə sifarişlərinizin uçuş və gömrük prosesinin müddəti uzana bilər. Gözləməyinizi xahiş edirik".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıq mesajı "Trendyol" istifadəçilərinə gəlib.

"Trendyol"un Bakıdakı nümayəndəliyindən bildirilib ki, bu xəbərdarlıq ölkəmizdə keçirilən "Formula-1" yarışı ilə bağlı olub.

"Artıq sistemə yenilənmə verilib və xəbərdarlıq aradan qaldırılıb", - deyə açıqlamada qeyd olunub.
 

 


OXŞAR XƏBƏRLƏR