TRT-nin Baş Direktoruna Bakıda mükafat veriləcək

DÜNYA
12:48 27.09.2013
1358
TRT-nin Baş Direktoru İbrahim Şahin sentyabrın 30-da Bakıya gələcək və səfər çərçivəsində ona fəxri doktor və Türk Dünyasına xidmət mükafatı təqdim ediləcək.

AZXEBER.COM xəbər verir ki, Odlar Yurdu Universitetinin TRT ilə işbirliyi çərçivəsində TRT-nin Baş direktoru İbrahim Şahinə ortaq Türk mədəniyyətinin dünyaya tanıdılmasında, Azərbaycanın həqiqətlərinin - Qarabağ problemi və Xocalı soyqırımının, hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə faxri doktor diplomu təqdim olunacaq.

Bununla yanaşı, İbrahim Şahin Azərbaycan Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Avrasiya Beynəlxalq Mətbuat Fondu tərəfindən Türk Dünyasına Xidmət ödülü ilə mükafatlandıracaq.

TRT Bakı Nümayəndəsi Yüksəl Değercan TRT-nin baş direktoru İbrahim Şahinin sentyabrın 30-da, saat 09.45- da Odlar Yurdu Universitetində təşkil olunacaq mərasimdə - fəxri doktor adına layiq görüləcəyini bildirib.

Xatırladaq ki, həmin gün İbrahim Şahin Atatürk Mərkəzində təşkil olunacaq tədbirdə iştirak edəcək və Azad Azərbaycan Televiziyası ( ATV) ilə iş birliyi protokolu imzalayacaq.

OXŞAR XƏBƏRLƏR