Azərbaycanda TRT-nin yeni nümayəndəsi Yuksel Deyercan bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və strateji həmkarlardır. Onun sözlərinə görə, bundan sonra da TRT iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün səylər göstərəcək.
“Bundan başqa, bizim bir ümumi problemimiz olan – Dağlıq Qarabağ problemimiz var və TRT bu mövzuya daha çox diqqət ayırmaq niyyətindədir”, - deyə TRT nümayəndəsi bildirib.