Bu günə qədər səkkiz müharibəni dayandırmışam.
Bunu ABŞ prezidenti Donald Tramp Knessetdə çıxışında bildirib.
Donald Tramp ölkəsinin ordusunun yenidən qurulmasına toxunaraq bildirib ki, ABŞ həmişə dünyanın ən güclü ordusuna malik olub.
"Bu günə qədər səkkiz müharibəni dayandırmışam", - o qeyd edib. ABŞ prezidenti bildirib ki, ölkəsinin ordusunda "heç kimin xəyalına belə gəlməyən” silahlar var.
ABŞ prezidenti İsrailə və Netanyahuya silah verdiyini və ölkəsinin onlardan necə istifadə edəcəyini bildiyini deyib. Tramp bildirib ki, o, sülhə güc vasitəsilə nail olacaq.
\apa