Tanınmış jurnalist Azərbaycan Radiosunun direktoru təyin olundu

Tanınmış jurnalist Azərbaycan Radiosunun direktoru təyin olundu
SOSİAL
17:16 09.12.2025
823
Azərbaycan Radiosuna yeni direktor təyin olunub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Radisonunda yeni təyinat olub. Belə ki, radionun direktoru vəzifəsinə tanınmış jurnalist Billurə Aslanqızı təyin olunub.
 
Qeyd edək ki, Billurə Aslanqızı Füzulidə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr (1996-2000), magistratura (2000-2002) və aspirantura (2003-2007) təhsili alıb.
 
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəzər”, "Gənclik” və "Səhər” redaksiyaları ilə əməkdaşlıq edib, tematik süjetlər və rubrikalar hazırlayıb (1997-2000). Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb (2001-2005).
 
Mədəniyyət xəbərləri üzrə reportyor, "Xəzərdən dünyaya” informasiya proqramının aparıcısı və prodüseri, 20-ə yaxın televiziya filminin müəllifi olub. Antenn FM (101 FM) radiosunda informasiya aparıcısı (2006), TRT Bakı bürosu ilə məsləhətçi və aparıcı olaraq əməkdaşlıq edib (2006-2007). Bakı Slavyan Universitetində və Bakı Avrasiya Universitetində radio-tv jurnalistikasının əsasları fənnini tədris edib.
 
"Xəzər" Televiziyasında "Yaxşısı budur" verilişinin redaktoru və aparıcısı, "Aynadakı mən” proqramının müəllifi və aparıcısı olub. "Əsl insan haqqında...” kitabının (2016) və "Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” (2017) dərs vəsaitinin müəllifidir.
 
2018-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan televiziyasında yayımlanan "Multikulturalizm” verilişinin aparıcısı və müəllifidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyr. Filologiya üzrə fəlsəfə doktorudur.
OXŞAR XƏBƏRLƏR