Tualet açan icra başçısı kanalizasiya xəttini də satıbmış

SOSİAL
14:04 06.05.2016
5961
Beyləqanın icra başçısı rayonun ərazilərini qarış-qarış satmaqda davam edir.Saytımıza verilən məlumata görə, Vaqif Abdullayev indi də şəhərinin kanalizasiya xəttinin üstünü peşkəş edib.Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir. Fotodakı ərazi Beylaqan şəhərin çıxışında bütün kanalizasiya xəttinin birləşdiyi yerdir.Bu günlərdə həmin ərazidə, yəni bütün kanalizasiya xətlərinin birləşərək şəhərdən çıxdığı ərazidə - kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilməyə başlanıb. Bu da kanalizasiya xəttinin sıradan çıxmasına səbəb ola bilər.Gozetci.az-a verilən xəbərə görə, ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi və həmin ərazini ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir.mənbə: Gundemshok.az

OXŞAR XƏBƏRLƏR